5-09-2026, 10:00 | Təranə Axundova xəstəxanaya direktor təyin edildi

Təranə Axundova xəstəxanaya direktor təyin edildi


Salyan rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Respublica.Az
"Salyan media"ya istinadən xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Anar Bayramovun müvafiq əmri ilə Təranə Axundova Salyan Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.

Təranə Axundova bundan əvvəl Salyan Mərkəzi Xəstəxanasında fizioterapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yeni direktorun vəzifəsinin icrasına yaxın günlərdə başlayacağı gözlənilir.

Respublica.Az


5-09-2026, 09:58 | Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - VIDEO

Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir -  VIDEO


Bala dair sanitariya norma və qaydaları hazırlanır... Bununla bağlı müvafiq texniki normativ hüquqi akt layihəsi artıq hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir...

Respublica.Az
bildirir ki, layihəyə əsasən, filtrlənmiş və bişirmə bal istisna olmaqla bal istehsal edildiyi bölgənin bitki örtüyünə xas xüsusiyyətləri daşıyırsa, məhsulun adının həmin bölgənin coğrafi və ya topoqrafik adı ilə birgə yazılmasına icazə veriləcək.

Yeni tələblərə əsasən, bala hər hansı kənar maddənin əlavə olunmasına yol verilmir. Balın təbii xüsusiyyətləri qorunmalı və süni müdaxilələrə məruz qalmamalıdır. Məhsulun saxlanması və daşınması zamanı temperatur və gigiyena qaydalarına ciddi riayət olunmalıdır, etiketləmə zamanı istehlakçılara düzgün və tam məlumat təqdim edilməlidir..

Qaydaların tətbiqi bal istehsalında keyfiyyətin yüksəldilməsinə, saxta bal məhsullarının dövriyyəsinin qarşısının alınmasına, eləcə də istehlakçı hüquqlarının qorunmasına xidmət edəcək.

Respublica.Az


5-09-2026, 09:56 | Mehdiabad yolunda sıxlığın azaldılması üçün yeni layihə - VIDEO

Mehdiabad yolunda sıxlığın azaldılması üçün yeni layihə - VIDEO


Pik saatlarda sürücülərin vaxtını alan Binəqədi şosesindəki sıxlığın azaldılması üçün yol hərəkətinin təşkili dəyişdirilir.

Respublica.Az bildirir ki, Yerüstü Nəqliyyat Agentliyinin apardığı təhlillər nəticəsində Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində nəqliyyat axınının buraxıcılıq qabiliyyətinin aşağı olduğu müəyyən edilib. Mövcud vəziyyətin yaxşılaşdırılması məqsədilə hazırlanan layihəyə Nəqliyyatı Əlaqələndirmə Şurasında baxılıb və layihə qəbul olunub. Yeni hərəkət sxemi çərçivəsində kəsişmələrdə nəqliyyat axını daha səmərəli şəkildə istiqamətləndiriləcək.

Bu dəyişikliklərin əsas məqsədi həm yolun buraxıcılıq qabiliyyətini artırmaq, həm də müxtəlif istiqamətlərdən gələn avtomobillərin yaratdığı münaqişəli nöqtələri minimuma endirməkdir. Tural Orucov deyir ki, bütün bunlar pik saatlarında yaranan sıxlığı azaltmağa hesablanıb.

Bununla da Binəqədi şosesinin həmin hissəsində xüsusilə pik saatlarda yaranan sıxlığın azalacağı və nəqliyyatın daha sürətli hərəkət edəcəyi gözlənilir. Layihənin icrasına yaxın günlərdə başlanacaq.

Respublica.Az


4-09-2026, 09:22 | "Brutto müqavilə" ictimai nəqliyyatda nəyi dəyişəcək? – Ekspertlərdən yeni model açıqlaması

"Brutto müqavilə" ictimai nəqliyyatda nəyi dəyişəcək? – Ekspertlərdən yeni model açıqlaması



Azərbaycanda ictimai nəqliyyatda xidmətin keyfiyyətinin və davamlılığının artırılması məqsədilə yeni "brutto müqavilə" modelinin tətbiqinə başlanılıb. Bu sistemdə daşıyıcının gəliri sərnişin sayından deyil, müəyyən edilmiş qrafik, məsafə və keyfiyyət tələblərinə uyğun göstərdiyi xidmətdən asılı olacaq. Yeni yanaşmanın avtobusların, xüsusilə sərnişin sayının az olduğu saatlarda da qrafik üzrə fəaliyyətini təmin etməsi nəzərdə tutulur.

Respublica.az xəbər verir ki, mövzu ilə əlaqədar nəqliyyat eksperti Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, "brutto müqavilə" modelinin tətbiqi ictimai nəqliyyatın yeni keyfiyyət mərhələsinə keçidinin göstəricisi hesab edilə bilər.

Onun sözlərinə görə, ictimai nəqliyyatda maliyyə dayanıqlığının təmin olunması daha keyfiyyətli xidmətin göstərilməsi üçün əsas şərtlərdən biridir. Bu modelin tətbiqi uzun müddətdir müzakirə olunurdu və artıq onun praktiki icrasına başlanılması mühüm addımdır.

Ekspert qeyd edib ki, sistemə mərhələli keçid avtobusların əvvəlcədən müəyyən edilmiş qrafik üzrə daha stabil fəaliyyət göstərməsinə imkan verəcək:

"Bunun nəticəsində sərnişinlər avtobusların hərəkət vaxtını daha dəqiq planlaşdıra, daşıyıcılar isə sərnişin sayından asılı olmadan müqavilə üzrə müəyyənləşdirilmiş xidmət öhdəliklərini yerinə yetirə biləcəklər".

R.Ağamirzəyev hesab edir ki, "brutto müqavilə" gələcəkdə ictimai nəqliyyatda tarif və ödəniş sisteminin də təkmilləşdirilməsi üçün institusional baza yaradır:

"Belə ki, növbəti mərhələdə günlük, həftəlik və illik bilet paketlərinin, eləcə də 90 dəqiqə ərzində pulsuz keçid imkanlarının tətbiqi mümkün ola bilər. Bu cür həllər xüsusilə şəhərin uzaq ərazilərindən bir neçə nəqliyyat vasitəsindən istifadə etməklə hərəkət edən sərnişinlərin nəqliyyat xərclərinin optimallaşdırılmasına şərait yarada bilər.

Eyni zamanda, yeni sistem tələbələr və təqaüdçülər üçün güzəştli biletlərin tətbiqi istiqamətində qərarların qəbuluna da imkan verən mexanizm formalaşdıra bilər".

Ekspertin fikrincə, model həm daşıyıcıların maliyyə dayanıqlığını gücləndirəcək, həm də müəyyən edilmiş tələblərə əməl edən şirkətlərin daha keyfiyyətli xidmət göstərməsinə və ümumi marşrut şəbəkəsinin dayanıqlığının təmin edilməsinə şərait yaradacaq.

Nəqliyyat eksperti Razil Nağıyev isə açıqlamasında bildirib ki, "brutto müqavilə" modelinin əsas üstünlüklərindən biri daşıyıcının gəlirinin birbaşa sərnişin sayından asılılığının aradan qaldırılmasıdır.

Onun sözlərinə görə, yeni sistemdə avtobusun dolu və ya boş hərəkət etməsindən asılı olmayaraq, daşıyıcı əvvəlcədən müəyyən edilmiş marşrut və qrafik üzrə xidməti yerinə yetirdiyi halda, əsasən qət edilən kilometr və ya həyata keçirilən reys əsasında ödəniş əldə edəcək:

"Bu mexanizm xüsusilə axşam saatlarında və sərnişin axınının az olduğu marşrutlarda xidmətin davamlılığı baxımından əhəmiyyətlidir. Mövcud kommersiya yanaşmasında sərnişinlərin az olduğu vaxtlarda daşıyıcının xətt üzrə fəaliyyətini davam etdirmək marağı zəifləyə bilər. "Brutto modeli"ndə isə marşrutun konkret saatda kommersiya baxımından sərfəli olub-olmamasından asılı olmayaraq, müqavilədə nəzərdə tutulan xidmət tam şəkildə göstərilməlidir".

R.Nağıyev hesab edir ki, bununla avtobusların axşam saatlarında xəttdən vaxtından əvvəl çıxması, hərəkət intervallarının süni şəkildə artırılması və sərnişin azlığı səbəbindən avtobus sayının azaldılması kimi halların qarşısının alınması mümkündür:

"Bunun üçün müqavilələrdə hərəkət intervalı, xəttə çıxmalı avtobusların sayı, ilk və son reyslərin vaxtı və digər xidmət standartları konkret müəyyən edilməli, onların icrasına effektiv nəzarət həyata keçirilməlidir".

Ekspert bildirib ki, yeni sistem müəyyən dövlət maliyyələşməsini də nəzərdə tutur. İctimai nəqliyyat xidmətinin xərclərinin bir hissəsi yalnız sərnişinlərdən toplanan gedişhaqqı hesabına deyil, subsidiya mexanizmi vasitəsilə qarşılanacaq:

"Subsidiyanın həcminə marşrutun uzunluğu, avtobusların sayı və gündəlik yürüşü, yanacaq və enerji xərcləri, sürücülərin əməkhaqqı, texniki xidmət və müəyyən edilmiş xidmət standartları təsir göstərə bilər".

Onun fikrincə, burada əsas məsələ subsidiyanın ayrılmasından daha çox onun real göstərilən xidmətlə əlaqələndirilməsidir:

"Xəttə çıxmayan və ya müqavilədə nəzərdə tutulan keyfiyyət standartlarını təmin etməyən daşıyıcıya tam ödəniş edilməməlidir. Beləliklə, dövlətin ayırdığı vəsait konkret və ölçülə bilən nəqliyyat xidmətinin qarşılığı olmalıdır".

R.Nağıyev brutto modelinin uğuru üçün yalnız qət edilən kilometrin əsas götürülməsini kifayət hesab etmir:

"Ödəniş mexanizmi kilometr və xidmət keyfiyyətinin birlikdə qiymətləndirilməsi prinsipi əsasında qurulmalıdır. Bu zaman avtobusların xəttə çıxış faizi, hərəkət intervalına əməl olunması, ilk və son reyslərin vaxtında yerinə yetirilməsi, reyslərin tam icrası, nəqliyyat vasitələrinin texniki sazlığı, salonların təmizliyi, kondisioner və isitmə sistemlərinin fəaliyyəti, sürücülərin davranışı, sərnişin şikayətləri və təhlükəsizlik göstəriciləri əsas KPI-lar sırasında yer ala bilər".

Ekspertin yanaşmasına görə, avtobus xəttə çıxmadıqda həmin reys üzrə ödənişin həyata keçirilməməsi, zəruri hallarda isə əlavə maliyyə sanksiyasının tətbiqi məqsədəuyğundur:

"Hərəkət intervalının sistemli pozulması, son reysin yerinə yetirilməməsi və ya avtobusun texniki vəziyyətinin standartlara uyğun olmaması da əvvəlcədən müəyyən edilmiş cərimə və bonus-malus mexanizmi ilə tənzimlənə bilər. Bu, daşıyıcıların yalnız daha çox kilometr qət etməsinə deyil, həmin kilometr ərzində keyfiyyətli xidmət göstərməsinə iqtisadi stimul yaradar".

R.Nağıyev əlavə edib ki, brutto müqavilə modeli gedişhaqqı siyasətinin daha çevik qurulması üçün də imkanlar yaradır:

"Daşıyıcının gəliri sərnişinin birbaşa ödədiyi gedişhaqqından ayrıldığı üçün gələcəkdə gündəlik, həftəlik, aylıq və illik paketlər, tələbə və məktəblilər üçün güzəştlər, məsafədən asılı tariflər, həmçinin müxtəlif ictimai nəqliyyat növləri arasında inteqrasiya olunmuş ödəniş sistemlərinin tətbiqi mümkün ola bilər.

Beləliklə, yeni model sərnişin üçün gedişhaqqının sosial baxımdan əlçatan saxlanılması ilə daşıyıcının maliyyə dayanıqlığının təmin edilməsini müəyyən dərəcədə bir-birindən ayırmağa imkan verir. Gedişhaqqından əldə olunan gəlirin real xidmət xərclərini qarşılamadığı hallarda isə yaranan fərqin şəffaf və xidmət göstəricilərinə bağlı subsidiya mexanizmi vasitəsilə kompensasiya edilməsi nəzərdə tutula bilər".


Respublica.az


4-09-2026, 09:17 | Son günlər uşaqlar arasında yayılan virusa qarşı həkim məsləhəti - VİDEO

Son günlər uşaqlar arasında yayılan virusa qarşı həkim məsləhəti -  VİDEO


Ürəkbulanma, baş ağrısı, ishal...

Son günlər uşaqlar arasında bu əlamətlərlə müşahidə olunan yeni virus infeksiyası yayılıb.

Həkim-pediatrların sözlərinə görə, müraciətlərin sayında artım var.

Aytən Ziyadova bildirir ki, bu virus hava-damcı yolu ilə qısa müddətdə yayıla bilir:

Həkim valideynləri diqqətli olmağa çağırıb. O, dərman preparatlarının yalnız həkim nəzarəti ilə verilməli olduğunu bildirərək xəbərdarlıq edib.

Daha ətraflı videomaterialı təqdim edirik.


4-08-2026, 08:55 | Nuridə Məmmədova vəzifəsindən azad edildi

Nuridə Məmmədova vəzifəsindən azad edildi


LRMX PHŞ-in direktoru yaşayış yerini dəyişdiyi üçün öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Respublica.az xəbər verir ki, Lənkəran rayon mərkəzi xəstəxanasının PHŞ-in direktoru Nuridə Rafiq qızı Məmmədova yaşayış yerini dəyişdiyi üçün öz istəyi və ərizəsi əsasında tutduğu vəzifəsindən azad olunub.

N.Məmmədova əmək fəaliyyəti dövründə bir sıra rəhbər vəzifələrdə çalışıb. O, 2017-2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022-2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.

2025-ci ilin avqust ayından Lənkəran RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunub. (nocomment.az)

Respublica.az

10-05-2026, 18:18 | Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş stolüstü tennis turniri keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş stolüstü tennis turniri keçirilib


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş və BrendSport.az saytının, “Azal Binə Stolüstü Tennis Klubu”nun baş sponsorluğu və təşkilatçılığı,
"Scallezioni", “Natural Hali” və “Soel Parfum”un sponsorluğu ilə keçirilən stolüstü tennis üzrə komanda yarışı uğurla başa çatıb.

Yarış eyni zamanda məktəblərdə stolüstü tennisin təbliği və Azərbaycanda idmanın inkişafına dəstək məqsədilə təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin aparıcısı və təşkilatçısı Yeganə Bağırova sözü layihə rəhbərinə verib.

Açılış nitqi ilə çıxış edən tədbirin layihə rəhbəri, BrendSport.az saytının baş redaktoru və stolüstü tennis müəllimi Bəhruz Səmədov Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini müəllim və şagirdlərdən xahiş edib. Daha sonra yarışın açıq elan olunduğunu bildirərək bütün iştirakçılara uğurlar arzulayıb.

8–9 may 2026-cı il tarixlərində keçirilən yarışda kiçik yaş qrupunun şagirdləri böyük həvəslə iştirak ediblər. İki gün davam edən turnirdə azyaşlı uşaqlardan ibarət 14 komanda mübarizə aparıb. Yarışda 6–10 yaşlı məktəblilərdən ibarət komandalar iştirak edib. Hər komanda 3 oğlan və 2 qız olmaqla 5 kiçik yaşlı şagirddən, həmçinin 11–16 yaşlı tennisçilərdən ibarət 1 oğlan və 1 qız şagirddən təşkil olunub.

Böyük siniflərdə təhsil alan tennisçi şagirdlər öz kiçik yaşlı məktəblilərinə dəstək olmaq və yarışın daha maraqlı keçməsinə töhfə vermək məqsədilə komandaların tərkibində yer alıblar. Beləliklə, komandalar ümumilikdə 7 nəfərlə yarışda iştirak ediblər.

Yarış boyunca yüksək rəqabət, maraqlı qarşılaşmalar və əsl komanda ruhu müşahidə olunub. Şagirdlər öz bacarıqlarını nümayiş etdirərək həm idmansevərlərə, həm müəllimlərə, həm də valideynlərə xoş anlar yaşadıblar.

Gərgin və maraqlı keçən mübarizələrin yekun nəticələrinə əsasən 3 “E” komandası yüksək nəticə göstərərək birinciliyi qazanıb.

I yer — 3 “E”
Komandanın rəhbəri Nərmin Qədimova.

Komandanın üzvləri:

1. Əsədzadə Məsumə
2. Əlibəyli Məryəm
3. Qafarov Emil
4. Kazımov Elşad
5. Pascasious Aaron
6. Səmədzadə Hüseyn
7. Əlizadə Məhəmmədhüseyn


II yer — 3 “A”
Komandanın rəhbəri Pərvanə Əkbərova.

Komandanın üzvləri:

1. Zeynəb Mirzəzadə
2. Məryəm Babayeva
3. Onur Mirzəzadə
4. Əli Əlizadə
5. Ərtoğrul Əliyev
6. Yasin Babayev
7. Hüseyn Əliyev
8. Məryəm Heybətova


III yer — 4 “D”
Komandanın rəhbəri Günel Məmmədova.
III yer — 4 “B”
Komandanın rəhbəri Əfsanə Salayeva.

Yarışın ən fəal və əzmkar komandaları isə 6 yaşlı tennisçilərdən ibarət kollektivlər olub. 5-ci yeri tutan 1 “E” komandasının rəhbəri Ülviyyə Zamanova və 6-cı yeri tutan 1 “M” komandasının rəhbəri Nisə İsmayılova olan komandaların şagirdləri xüsusi fəallıqları ilə seçiliblər.

Qalib komandaya keçici kubok və diplomlar təqdim olunub. II və III yerləri tutan komandalar isə diplomlar və sponsorlar tərəfindən təqdim edilən müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Uşaqların stolüstü tennisə marağının daha da artırılması məqsədilə stolüstü tennislə daim məşğul olan şagirdlərə sponsorlar tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

Tədbirin sonunda qalib komandanın rəhbərinə təşəkkürnamə və sponsor hədiyyələri təqdim olunub. Həmçinin yarış ərzində komandalarını fəal şəkildə dəstəkləyən rəhbərlər də xüsusi təşəkkürnamələrlə təltif ediliblər.

Tədbirin baş hakimi, fiziki tərbiyə müəllimi Seyfəli Səmədov yarış boyu kiçik məktəblilərə ədalətli və peşəkar hakimlik edərək öz missiyasını yüksək səviyyədə yerinə yetirib.

Tədbirin təşkilatçıları Könül Əliyeva, Günel Məmmədova, Pərvanə Əkbərova, Ruslan Bağırov, Ülkər Məmmədova, Aygül Cəbiyeva, Günel Əzizova, Məhəmmədəli Səmədzadə və layihə rəhbəri Bəhruz Səmədov çıxışlarında bildiriblər ki, bu cür yarışların keçirilməsi məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və komanda ruhunun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bəhruz Səmədov eyni zamanda Heydər Əliyevin, onun siyasi davamçısı İlham Əliyevin və Mehriban Əliyevanın idmana göstərdiyi diqqət və qayğının davamı olaraq idmana dəstək göstərən bütün məktəb kollektivlərinə təşəkkürünü bildirib.

Sonda BrendSport.az saytı adından tədbirin sponsorları — "Scallezioni" italyan kişi geyimləri mağazası, Azərbaycanın böyük xalça mağazalarından biri olan “Natural Hali” və parfum brendlərinin şahı sayılan “Soel Parfum”a sonsuz təşəkkür ifadə olunub.

10-05-2026, 17:54 | Ulu Öndər Heydər Əliyev dühası sübut etdi ki...

Ulu Öndər Heydər Əliyev dühası sübut etdi ki...


Tarixdə elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız yaşadıqları dövrə deyil, gələcək nəsillərə də təsir göstərir. Heydər Əliyev məhz belə Liderlərdən biri idi. Onun adı Azərbaycan dövlətçiliyi, milli birlik və müstəqillik anlayışları ilə birgə çəkilir.

Azərbaycan xalqı çətin və mürəkkəb dövrlərdən keçdiyi zamanlarda Heydər Əliyev öz qətiyyəti və uzaqgörən siyasəti ilə ölkəni ağır böhrandan çıxarmağı bacardı. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər ölkədə sabitliyi təmin etdi, dövlətçiliyin möhkəmlənməsi istiqamətində mühüm addımlar atdı və Azərbaycanın gələcək inkişafının əsasını qoydu. O, yalnız bir siyasətçi deyil, həm də milyonlarla insanın inandığı Lider idi.

Müstəqilliyi əldə etmək üçün möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi.

Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdir. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdur. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Ulu Öndər Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.

Ümummilli Lider Heydər Əliyev hər zaman xalqına bağlı lider kimi tanınıb. O, insanların rifahını, ölkənin təhlükəsizliyini və gənclərin gələcəyini əsas prioritet hesab edirdi. Ulu Öndərin “Təhsil millətin gələcəyidir” fikri bu gün də öz aktuallığını qoruyur. Onun təşəbbüsü ilə minlərlə gənc yüksək təhsil almaq imkanı qazandı və ölkənin inkişafına töhfə verdi.

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi həyatında dönüş nöqtəsinə çevrildi. Bu müqavilə ölkəyə xarici investisiyaların cəlb olunmasına, iqtisadiyyatın güclənməsinə və Azərbaycanın dünya miqyasında tanınmasına böyük şərait yaratdı. Məhz bu siyasətin nəticəsində Azərbaycan regionun güclü dövlətlərindən birinə çevrildi.

Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına da xüsusi önəm verirdi. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrilmişdir. Bu fikir insanlarda vətənə sevgi, dövlətə bağlılıq və milli birlik hissini daha da gücləndirmişdir.

Bu gün Azərbaycanın qazandığı uğurların təməlində ulu öndərin müəyyən etdiyi siyasi kurs dayanır. Ulu Öndər Heydər Əliyev yalnız bir dövlət başçısı deyil, həm də xalqın yaddaşında əbədi yaşayan böyük Liderdir. Onun zəngin irsi və dövlətçilik ideyaları hər zaman örnək olub və gələcək nəsillər üçün daim örnək olacaqdır.

Qasım Muradovun ,
"Aysberq" Pivə İstehsalat Müəssisəsinin təsisçisi
.

12-04-2026, 08:49 | Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verəcək


Bu gün 52 687 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

Bu barədə Respublica.Az Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Məlumata görə, imtahan Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında keçiriləcək.

İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3837 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4800 nəzarətçi, 701 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb.

İmtahan saat 11:00-də başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Respublica.Az

12-04-2026, 06:51 | Kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır - FOTO

Kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır - FOTO


05-06 aprel 2026-cı il tarixlərində intensiv yağan yağışlar nəticəsində Bakı dairəvi magistral kollektorunda su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə. Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşması nəticəsində ərazidə yaranmış fəsadların aradan qaldırılması və infrastrukturun bərpası istiqamətində tədbirlər həyata keçirilir.

Respublica.Az xəbər verir ki, Nizami rayonunun kommunal xidmət sahələri tərəfindən görülən işlər çərçivəsində ərazidə genişmiqyaslı sanitar-təmizlik işləri aparılır, həyətyanı sahələr və keçid yolları palçıq və lildən təmizlənərək yuyulur.

Həmçinin, gələcəkdə belə halların təkrarlanmaması və preventiv tədbirlərin görülməsi məqsədilə aidiyyatı qurumlara müraciətlər ünvanlanmışdır.

Hazırda ərazidə davamlı olaraq dezinfeksiya işləri aparılır.

Respublica.Az


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.