Dünən, 21:14 | asət Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)

asət Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında verir ki, sonra dövlətimizin başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib




30-10-2026, 21:55 | Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib.

Respublica.az AZƏRTAC-a istinadən bildirir ki, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub.

Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.

Respublica.az

19-09-2026, 13:40 | İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi

İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi


Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.

Trend xəbər verir ki, söhbət zamanı 2023-cü ildə Kahramanmaraşda baş vermiş zəlzələdən sonra əşyalarını köhnə qırmızı avtomobilinə yükləyərək zərərçəkənlərə yardım göstərmək üçün Türkiyəyə yollanan Sərvər Bəşirlinin hekayəsi də xatırlanıb.

Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələ haqqında danışıb.

"Cənab Prezident, biz 2023-cü il fevralın 6-da, demək olar ki, kiçik bir qiyamət yaşadıq. Bütün dünya, Allah razı olsun, hamısı kömək üçün səfərbər oldu. Lakin bu masa ətrafında olan qardaşlarımız, hətta azərbaycanlı bir qardaşımız qırmızı avtomobili ilə gəlmişdi", - deyə o, bildirib.

Prezident İlham Əliyev 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələdən sonra Sərvər Bəşirlinin göstərdiyi yardımdan danışaraq onun hekayəsini xatırladıb.

"Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi", - deyə dövlət başçısı bildirib.

Respublica.az


5-09-2026, 09:59 | Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib


İtaliyanın Baş naziri Giorgia Meloni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

Respublica.Az
xəbər verir ki, Giorgia Meloni bu barədə özünün "X" sosial şəbəkə hesabından paylaşım edib.

"Əziz Prezident İlham Əliyev, bu sözlərə və ölkələrimizi birləşdirən səmimi dostluğa görə təşəkkür edirəm.

İtaliya və Azərbaycan uzun illər ərzində ümumi baxışlar və maraqlar üzərində qurulan möhkəm əməkdaşlıq formalaşdırıblar.

Strateji tərəfdaşlığımızı möhkəmləndirmək üçün birlikdə gördüyümüz işdən çox qürur duyuram və əminəm ki, qarşıda ölkələrimizin maraqları naminə əməkdaşlıq üçün yeni əhəmiyyətli imkanlar bizi gözləyir", - Meloninin paylaşımda qeyd olunub.

Respublica.Az

4-09-2026, 09:28 | Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib - FOTO

Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib - FOTO


Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Ciorcia Melonini təbrik edib.

"İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində olan şəxsə çevrilməsi münasibətilə Baş nazir Ciorcia Melonini ürəkdən təbrik edirəm. Bu tarixi nailiyyət onun güclü liderliyinin, siyasi qətiyyətinin və İtaliya xalqının etimadının göstəricisidir. Baş nazir Meloninin şəxsi rolunu və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi dəyərli töhfəni yüksək qiymətləndirirəm. Əminəm ki, ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da dərinləşəcək və genişlənəcək", - dövlət başçısının rəsmi "X" sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.

Respublica.az


4-09-2026, 09:24 | Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA

Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA


Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycan Respublikasının Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılıb.

Respublica.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatında qeyd edilib.

Məlumata görə, təhlillər göstərir ki, baş verənlər vahid mərkəzdən idarə oluna hibrit informasiya kampaniyasının tərkib hissəsidir. Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrit müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır.

Bu fakt bir daha göstərir ki, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, ölkəmizin informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan klassik dezinformasiya halları intensivləşmişdir.

Ümumi informasiya mühitinin monitorinqi və təhlili göstərir ki, son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur. Xüsusilə, Böyük Britaniyanın "The Independent", "The Guardian" qəzetlərində və "BBC" teleradio və yayım şirkətində, ABŞ-nin CNN telekanalında, Fransanın "Le Monde" qəzetində, Polşanın TVP telekanalı və digər resurslarda yayılan materiallardakı aşkar birtərəfli yanaşma və əsassız mülahizələr Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsidir.

Bu qəbildən olan fərziyyə və iddiaların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Media və Yayım Şurası ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində lazımi tədbirlər görməkdə davam edəcəkdir.

Respublica.az


1-08-2026, 09:48 | Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım - FOTO

Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım - FOTO


Prezident İlham Əliyevin sosial media hesablarında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə paylaşım edilib.

Respublica.az paylaşımı təqdim edir:



Respublica.az

31-07-2026, 10:12 | İlham Əliyev: Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir

İlham Əliyev: Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir


Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib.

Respublica.az xəbər verir ki, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı vurğulayıb:

"Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi".

Respublica.az

31-07-2026, 10:08 | Sadır Japarov: Azərbaycan regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır

Sadır Japarov: Azərbaycan regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır


Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir və regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır.

Bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

"Qırğızıstanda sizi qardaş Azərbaycanın lideri və qırğız xalqının əziz dostu kimi böyük hörmətlə qarşılayırlar. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu gün ölkə təsirli nəticələr nümayiş etdirir, genişmiqyaslı islahatları ardıcıl şəkildə həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", – deyə Japarov bildirib.

Qırğızıstan Prezidenti qeyd edib ki, Azərbaycanın müasir nailiyyətləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub:

"Bu quruculuq yolu davam etdirilir. Siz ölkənin bundan sonrakı inkişafını təmin edir, onun regional və beynəlxalq proseslərdə rolunun daha da möhkəmlənməsinə nail olursunuz"./report

Respublica.az

31-07-2026, 10:07 | Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib


İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.

Respublica.az

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.