30-10-2026, 15:41 | "Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib

"Kəpəz" klubu "Turan Tovuz"un rekordunu yeniləyib.
Respublica.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Azərbaycan kubokunun II təsnifat mərhələsinin "Kəpəz" - "Baku Sportinq" qarşılaşmasını (3:1) 5000 tamaşaçı izləyib.
Bu, turnirin indiki formatda keçirildiyi 4 mövsüm üçün təsnifat mərhələlərinin yeni rekordudur. Bunadək ilk 2 təsnifat mərhələsində ən çox tamaşaçı sayı 1500 olmuşdu. 2023/2024 mövsümündə II təsnifat mərhələsinin "Turan Tovuz" - "Göygöl" (5:1) matçında qeydə alınan, 2024/2025 mövsümündə I təsnifat mərhələsinin "Şəki" - "Şəmkir" (0:1) qarşılaşmalarındakı təkrarlanan rekord Gəncədə 3,33 dəfə yüksək göstərici ilə yenilənib.
Ümumilikdə mərhələnin 12 oyununda 6830 seyrçi olub. Bu, II təsnifat mərhələləri üçün rekorddur. 2023/2024 mövsümündə 11 matçda 3955, 2024/2025 mövsümündə 11 qarşılaşmada 2780, 2025/2026 mövsümündə 12 oyunda 2000 tamaşaçı qeydə alınmışdı.
I təsnifat mərhələsinin 6 oyununda 780 izləyici olduğunu nəzərə alsaq, ilk iki raundu 7610 tamaşaçı seyr edib. Bu da son 4 mövsümdə ən yüksək göstəricidir. 2023/2024 mövsümündə 5615, 2024/2025 mövsümündə 4560, 2025/2026 mövsümündə 2290 tamaşaçı qeydə alınmışdı.
Qeyd edək ki, bu mərhələdə "Şimal" - "Araz-Naxçıvan" (50), "Marafon" - "Zaqatala" (300), "İmişli" - "Qaradağ Lökbatan" (20), "Kür-Araz" - "Sumqayıt" (600), "Qəbələ" - "Mingəçevir" (150), MOİK - "Şahdağ Qusar" (100), "Xankəndi" - "Gəncəbasar" (20), "Hypers" - "Şamaxı" (300), "Şəfa" - "Ağstafa Gəncləri" (50), "Zəngəzur" - "Karvan-Yevlax" (40), "Səbail" - "Zirə" (200), "Kəpəz" - "Baku Sportinq" (5000) matçları baş tutub.
Respublica.az
17-09-2026, 09:12 | UEFA Avropa Liqası: İlk oyunların nəticələri

UEFA Avropa Liqasında əsas mərhələyə start verilib.
Respublica.az xəbər verir ki, liqa mərhələsinin ilk turunun ilk oyun günündə 9 qarşılaşma baş tutub.
Günün diqqətçəkən matçlarından biri İtaliyada keçirilib. "Milan" doğma meydanda Portuqaliyanın "Benfika" komandasını qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:
UEFA Avropa Liqası
Liqa mərhələsi, I tur
16 sentyabr
"Ararat-Armeniya" (Ermənistan) - "Sparta" (Çexiya) - 1:4
"Omoniya" (Kipr) - "Selta" (İspaniya) - 1:0
"Milan" (İtaliya) - "Benfika" (Portuqaliya) - 0:2
"Bayer 04" (Almaniya) - "Selye" (Sloveniya) - 2:0
"Anderlext" (Belçika) - "Lion" (Fransa) - 1:2
"Sanderlend" (İngiltərə) - "AZ Alkmaar" (Niderland) - 1:0
"Şturm" (Avstriya) - "Renn" (Fransa) - 0:0
"Olimpiakos" (Yunanıstan) - "Yagelloniya" (Polşa) - 2:1
"Hapoel" (Beer-Şeva, İsrail) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:0
Respublica.az
Avropa Liqasının əsas mərhələsinin I turunun digər oyunları sentyabrın 17-də keçiriləcək.
5-09-2026, 10:05 | "Fənərbağça"da "yarpaq tökümü": Onu da göndərdilər

"Fənərbağça" müdafiəçi Çağlar Söyüncü ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
Respublica.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul komandasının mətbuat xidməti məlumat yayıb.
2023/2024 mövsümündə "Fənərbağça"ya qoşulan Çağlar Söyüncü klubun heyətində 75 matça çıxaraq dörd qol vurub və üç məhsuldar ötürmə verib.
Türkiyə millisinin üzvü ölkə çempionatında çıxış edən "Çorum"a transfer olunub.
30 yaşlı futbolçu yeni komandası ilə ikiillik müqavilə imzalayıb.(oxu.az)
Respublica.Az
5-09-2026, 10:04 | “Real” bu mövsüm ilk məğlubiyyətini aldı

İspaniya La Liqasının dördüncü turunun səfər matçında "Real" "Betis"ə 0:1 hesabı ilə məğlub olub.
Respublica.Az Trend-ə istinadən bildirir ki, matçın 81-ci dəqiqəsində irlandiyalı hücumçu Troy Perrott qolla fərqlənib. 87-ci dəqiqədə "Real"ın ispaniyalı hücumçusu Karlos Espi akrobatik zərbə ilə (üstündən aşırma) topu qapıdan keçirsə də, qol oyundankənar vəziyyətə (ofsayd) görə ləğv edilib. İkinci hissəyə əlavə olunmuş 4-cü dəqiqədə isə "Real"ın fransalı hücumçusu Kilian Mbappe penaltini dəqiq yerinə yetirə bilməyib.
Bu, İyun ayında baş məşqçi postuna qayıdan Joze Mourinyonun rəhbərliyi altında "Real"ın ilk məğlubiyyəti olub. Bunadək komanda İspaniya çempionatının startında "Espanyol" (2:1), "Real Sosyedad" (4:1) və "Malaqa"ya (4:0) qalib gələrək ardıcıl üç qələbə qazanmışdı.
Respublica.Az
5-09-2026, 09:53 | "Qalatasaray" səfərdə "Başakşehir"i məğlub etdi - Türkiyə Superliqası

Türkiyə Superliqasının dördüncü turunun səfər matçında "Qalatasaray" "Başakşehir"ə 3:2 hesabı ilə qalib gəlib.
Respublica.Az xəbər verir ki, qaliblərin heyətində Viktor Osimhen (16-cı dəqiqə), Lukas Torreyra (71) və Qabriel Sara (90) fərqləniblər.
Məğlub olan komandada isə Eldor Şomurodov (66, penalti) fərqlənib. Matçın 76-cı dəqiqəsində "Qalatasaray"ın müdafiəçisi Davinson Sançes topu öz qapısına göndərib. 8 dəqiqə sonra o, rəqib qapısına yol tapsa da, qol oyundankənar vəziyyətə (ofsayd) görə ləğv edilib.
Respublica.Az
4-09-2026, 09:30 | "Qalatasaray"a yox deyən Martinellinin yeni klunbu bəlli oldu

Braziliya millisinin üzvü Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Respublica.az xəbər verir ki, 25 yaşlı vinger İngiltərənin "Arsenal" klubundan "Əl-Hilal"a transfer olunub. Futbolçu ilə 4 illik müqavilə imzalanıb.
"Arsenal" bu keçiddən 70 milyon avro gəlir əldə edəcək. Bu məbləğ London klubunun tarixində ən yüksək satış göstəricisi kimi qeydə alınıb. "Topçular"ın bundan əvvəl rekord satışına 2017-ci ildə Aleks Oksleyd-Çemberlen imza atıb. Həmin vaxt futbolçu 38 milyon avroya satılmışdı.
Qabriel Martinelli 2019-cu ilin yayından "Arsenal"ın heyətində çıxış edirdi. O, London təmsilçisinin formasında keçirdiyi 278 oyunda 62 qola və 36 məhsuldar ötürməyə imza atıb.
Braziliyalı futbolçu "Arsenal"la 2020-ci ildə İngiltərə kubokunu qazanıb, 2026-cı ildə isə İngiltərə çempionu olub. Həmçinin həmin il UEFA Çempionlar Liqasının finalında iştirak edib.
Martinelli Braziliya millisində 27 qarşılaşmada meydana çıxıb və 5 qol vurub. O, 2022 və 2026-cı illərdə dünya çempionatlarında iştirak edib. Sonuncu mundialda 1/16 final mərhələsində Yaponiya ilə görüşdə (2:1) Braziliyaya qələbə qazandıran qola imza atıb.
Respublica.az
4-08-2026, 08:53 | Şeydayevin yeni klubu rəsmiləşdi

Azərbaycanlı futbolçu Ramil Şeydayevin yeni klubu bəlli olub.
30 yaşlı futbolçu Rusiyanın 1-ci liqa təmsilçisi "Soçi" klubuna transfer olunub. Tərəflər arasında 2026/2027 mövsümünün sonunadək qüvvədə olan müqavilə imzalanıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Şeydayev karyerası ərzində "Qarabağ", "Zenit", "Jilina", "Neftçi", "Kocaelispor", "Buriram Yunayted" və digər klubların formasını geyinib.
Respublica.az
4-08-2026, 08:49 | "Turan Tovuz" Türkiyə klubuna böyük hesabla qalib gəldi

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Respublica.az xəbər verir ki, "Gənclərbirliyi" ilə qarşılaşan bölgə təmsilçisi 4:0 hesablı qələbə qazanıb. Komandanın heyətində Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev fərqləniblər.
Qeyd edək ki, "Turan Tovuz" Ankara hazırlığı çərçivəsində daha öncə İranın U-21 yığması və Türkiyənin 1-ci liqa təmsilçisi "Fatih Karagümrük"lə və hər iki oyun 1:1 hesabı ilə başa çatıb. Həmçinin Tovuz təmsilçisi Türkiyənin "Iğdır" klubu ilə gücünü sınayıb və 1:0 hesabı ilə qalib gəlib.
Respublica.az
2-08-2026, 10:19 | 80-ci illərin əfsanəvi ətirləri yenidən dəbdədir - 4 klassik qoxu

Son illərdə yüngül və minimal ətirlər populyar olsa da, 80-ci illərin xarakterik və qalıcı qoxuları yenidən moda dünyasında diqqət çəkir. Ədviyyat, kəhrəba, çiçək notları, vanil və uzunmüddətli qoxu izi ilə seçilən bu əfsanəvi ətirlər bu gün daha müasir şəkildə istifadə olunur. Mütəxəssislər onları bilək, saçın arxası və ya geyim üzərinə az miqdarda vurmağı tövsiyə edirlər.
Respublica.az bu ətirləri təqdim edir:
Calvin Klein Obsession
Calvin Klein tərəfindən 1985-ci ildə təqdim edilən Obsession markanın ən məşhur ətirlərindən biridir. Reyhan, berqamot, naringi və keşnişlə açılan kompozisiya daha sonra yasəmən, qızılgül, portağal çiçəyi, səndəl ağacı və palıd mamırı ilə zənginləşir. Əsas notlarda isə kəhrəba, buxur, vanil, müşk və vetiver hiss olunur. İsti, şərq üslublu qoxuları sevənlər üçün uyğun olan bu ətir xüsusilə sərin havalarda özünü daha yaxşı göstərir.
Chanel Coco
1984-cü ildə təqdim olunan Chanel Coco klassik dəbdəbənin simvollarından biri hesab olunur. Ətir qızılgül, şaftalı, naringi və keşniş notları ilə başlayır, daha sonra qərənfil, mimoza və portağal çiçəyi ilə davam edir. Finalda isə səndəl ağacı, tonka paxlası, kəhrəba və vanil üstünlük təşkil edir. Bu ətir axşam tədbirləri və zərif geyim tərzi ilə mükəmməl uyğunlaşır.
Dior Poison
1985-ci ildə təqdim olunan Dior Poison dövrünün ən cəsarətli ətirlərindən biri sayılır. Keşniş, meşə giləmeyvələri və anislə başlayan kompozisiya tuberoza, bal, darçın və buxur notları ilə dərinləşir. Vanil, kəhrəba və sidr ağacı isə ona uzunmüddətli və təsirli qoxu bəxş edir. Minimalist geyimlərlə birlikdə istifadə edildikdə Poison əsas diqqət mərkəzinə çevrilə bilir.
Guerlain Samsara
1989-cu ildə təqdim olunan Guerlain Samsara 80-ci illərin sonunun ən məşhur ətirlərindən biridir. Səndəl ağacı, yasəmən, ilanq-ilanq və vanilin harmoniyası sayəsində kremli, yumşaq və sakit bir təsir yaradır. Digər klassik ətirlərlə müqayisədə daha zərif səslənən Samsara xüsusilə payız və qış aylarında, kaşmir geyimlər və uzun paltolarla ahəngdar uyğunlaşır. Bu ətir şərq üslublu, lakin həddindən artıq şirin olmayan qoxuları sevənlər üçün uğurlu seçim hesab olunur./Lent.az
Respublica.az
1-08-2026, 10:06 | “Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək

“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib.
Respublica.az xəbər verir ki, avqustun 6-da Bakı vaxtı ilə 21:00-da Polşanın Lublin şəhərində keçiriləcək matçı danimarkalı hakimlər briqadası idarə edəcək.
Baş hakim Morten Kroq, yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite olacaq. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR sisteminə Yakb Kelet nəzarət edəcək.
Avqustun 13-də Bakıda təşkil olunacaq cavab matçı isə İngiltərədən olan hakimlər briqadasına həvalə edilib.
Görüşün baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lyuis Smit yerinə yetirəcək. VAR-da Piter Benks olacaq.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
Respublica.az
















